"Fiorentina" klubu "Tottenhem"in mərkəz müdafiəçisi Radu Drəquşinin transferi barədə London təmsilçisi ilə tam razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, İnsayder Fabrisio Romanonun verdiyi məlumata görə, tərəflər arasında şifahi razılıq artıq rəsmiləşib.
Müqavilə ilkin olaraq icarə əsasında baş tutacaq, lakin müəyyən sayda oyuna çıxdıqdan sonra qüvvəyə minəcək məcburi satınalma öhdəliyini də ehtiva edir. İtaliya klubunun bu transfer üçün London təmsilçisinə 25 milyon avro ödəyəcəyi bildirilir.
Bundan əlavə, "Tottenhem" futbolçunun növbəti satışından əldə olunacaq mənfəətin 10%-nə sahib olacaq.
Rumıniyalı müdafiəçi "Fiorentina"nın hələ yanvar ayından bəri əsas transfer hədəfi idi və o, Florentsiya klubuna keçməyə razılıq verib.
Futbolçunun tibbi müayinədən keçmək üçün yaxın günlərdə İtaliyaya yollanacağı gözlənilir.


