FİFA "Ağ Ev"in növbəti arzusunu yerinə yetirib.
Offsideplus.az xəbər verir ki, məsələ ABŞ millisinin hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda (2:0) aldığı birbaşa qırmızı vərəqəsi ilə bağlıdır.
"Ağ Ev" rəsmiləri birbaşa FIFA ilə əlaqə saxlayaraq vərəqənin ləğv edilməsini və qərara yenidən baxılmasını xahiş ediblər.
Nəticədə bu zəng müsbət nəticələnib. FIFA bu telefon zəngi ilə bağlı şərh verməkdən imtina edib və qərarın tamamilə müstəqil intizam komitəsi tərəfindən verildiyini qeyd edib.
Qurum rəsmiləri bu addımın sırf İntizam Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq atıldığını və kənar müdaxilələrlə heç bir əlaqəsinin olmadığını bildirirlər.
ABŞ Prezidenti Donald Tramp isə FIFA-nın bu qərarından məmnunluğunu ifadə edərək quruma təşəkkür edib:
"Doğru olanı etdiyi və böyük bir haqsızlığı aradan qaldırdığı üçün 'FIFA'ya təşəkkür edirəm."


