Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu DÇ-2026-nın 1/8 finalında İspaniyaya qarşı keçiriləcək prinsipial oyun öncəsi mətbuat konfransında tənqidlərə cavab verib və iddialı açıqlamalarla yaddan qalıb.

Offsideplus.az xəbər verir ki, o,, formasından narazı olanlara sərt reaksiya göstərib:

"Bəziləri əksini düşünsə də, mən o qədər də pis oynamıram, artıq 3 qol vurmuşam. Komandamız oyun-oyun artırır. Sabah çox güclü rəqiblə qarşılaşacağıq, lakin Portuqaliyanın qalib gələcəyinə inanıram".

34 yaşlı hücumçu karyerasını bitirməsi ilə bağlı sualları isə belə cavablandırıb:

"Mən illər əvvəl də demişdim, indi də təkrarlayıram: mən başqaları istəyəndə yox, özüm qərar verəndə karyeramı bitirəcəyəm. Həmişə eyni sualı verirsiniz. Baxarıq. Amma hazırda tək vacib məqam sabahkı oyundur".

Ronaldu bu mundialın onun üçün fərqli olduğunu da gizlətməyib:

"Oynadığım bütün dünya çempionatları arasında bu, insanların sevgisi və ehtirasına görə mənim üçün ən emosionalı və unudulmazıdır. Futbolun meydandan daha böyük bir şey olduğunu burada bir daha hiss etdim".