"Qarabağ"ın hücumçusu Kamilo Duran "Seltik"ə keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.
"Qarabağ” 1,7 milyon funt-sterlinqlik təklifi rədd etmişdi.
İsrarını davam etdirən şotlandlar 3 milyon ödəməyə hazırdır.
Duranın agenti ötən şənbə günü Qlazqoda idi. Tərəflər müqavilə şərtləri barədə razılığa gəlib.
Kolumbiyalı futbolçu cəmi 200 min avroya "Qarabağ"a transfer olmuşdu. O, ötən mövsüm 45 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.


