Braziliya millisinin DÇ-2026-nın 1/8 finalında gözlənilmədən Norveçə uduzaraq (1:2) turnirlə vidalaşması Neymarda böyük şok yaradıb.
Offsideplus.az xəbər verir ki, matçın 67-ci dəqiqəsində meydana daxil olan və uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirən 34 yaşlı futbolçu, fitdən sonra ot örtüyünə əyləşərək göz yaşlarını saxlaya bilməyib. Onu komanda yoldaşı Rafinya sakitləşdirməyə çalışıb.
"Santos"un üzvü oyundan sonra millidəki karyerasını bitirdiyini elan edib:
"Çalışdım, çox çalışdım. Amma hər şey bitdi. Burada başlamışdım, burada da bitirirəm".
Qeyd edək ki, qarşılaşmanın keçirildiyi Nyu-Yorkdakı "Metlayf Stadium" Neymar üçün rəmzi məna daşıyır. Təcrübəli forvard 2010-cu ildə yığmada debüt oyununu məhz bu arenada ABŞ-a qarşı keçirmişdi.


