Braziliya millisini yenidən dünya çempionu etmək missiyası ilə ötən ilin mayında baş məşqçi postuna gətirilən və bu yaxınlarda müqaviləsini 2030-cu ilə qədər uzadan Karlo Ançelottinin turnirdəki macərası erkən və ağrılı məğlubiyyətlə başa çatıb.
Offsideplus.az xəbər verir ki, DÇ-2026-nın 1/8 finalında "Metlayf Stadium"da keçirilən matçda Norveçə 1:2 hesabı ilə uduzan "selesao" 1990-cı ildən bəri dünya çempionatlarında ən erkən vidasını yaşayıb.
Oyunda Bruno Gimaraynşın erkən penaltisini qapıçı dəf edib, Erlinq Halandın dublu isə matçın taleyini həll edib. Neymarın son dəqiqələrdəki penalti qolu isə təsəllidən başqa bir şey olmayıb. Matç boyu topa sahibolma faizi cəmi 34 faiz olan Braziliya rüsvayçı oyunla turnirdən kənarlaşıb.
Böyük məyusluğa baxmayaraq italiyalı çalışdırıcı vəzifəsində qalacağını bildirib:
"Məğlubiyyət yeni bir macəranın başlanğıcıdır. İndi daha çox çalışmalı və inkişaf etməliyik. Bu, futboldur, idmandır. Bununla barışmalı və gələcəyə addımlamaq üçün motivasiya kimi istifadə etməliyik".


