İngiltərə yığması ev sahibi Meksikanı məğlub edərək dünya çempionatında 1/4 finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, görüşün ilk hissəsini ingilislər öndə bitirib - 2:1.
Bellinqemin dubluna Kinyones cavab verib.
Fasilədən sonra Carell Kuanza İngiltərəni meydanda azlıqda qoyub. Buna baxmayaraq Harri Keyn 60-cı dəqiqədə hesabı 3:1 edir.
Meksikanın gücü yalnız hesab arasındakı fərqi azaltmağa bəs edir - 2:3.
İngiltərə 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşacaq.
DÇ-2026, 1/8 final
Meksika - İngiltərə 2:3
Qollar: Kinyones, Raul Ximenes - Cud Bellinqem (dubl), Harri Keyn
Qırmızı vərəqə: Carell Kuanza (İngiltərə)


