FIFA-nın ABŞ yığmasının hücumçusu Florian Baloqunun cəzasını ləğv etməsindən sonra UEFA və Belçika Futbol Federasiyası hərəkətə keçib.
Offsideplus.az "Politico"ya istinadən xəbər verir ki, qurumlar hazırda bu qərara qarşı atılacaq növbəti addımları müzakirə edirlər.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə matçda (2:0) rəqibin ayağını tapdaladığı üçün birbaşa qırmızı vərəqə alan Baloqunun 1 oyunluq cəzası 1 illik sınaq müddəti ilə təxirə salınıb və onun 1/8 finalda Belçikaya qarşı oynamasına yaşıl işıq yandırılıb.
UEFA bu gün (6 iyul) FIFA-nın qalmaqallı qərarına cavab olaraq rəsmi bəyanat yaymağı planlaşdırır. Avropa futbol qurumunun bu məsələdə FIFA-nın addımını "şokedici" adlandıran Belçika Kral Futbol Assosiasiyasını tam dəstəkləyəcəyi gözlənilir.
Hətta UEFA-nın vitse-prezidentlərindən biri anonim olaraq mövcud vəziyyəti "tam bir rüsvayçılıq" adlandırıb.


