"Aston Martin"in pilotu Fernando Alonso Böyük Britaniya Qran-prisindən sonra 2026-cı ilin Formula 1 qaydaları və bolidləri haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 2 qat dünya çempionu yeni bolidləri bəyənmir:
"Bu gün mən yarışı izləmədim. Dünən sprintin kiçik bir təkrarını gördüm - insanların daha çox batareya doldurulması hesabına düzlüyün ortasında bir-birini necə ötdüyünə baxdım.
Belə çıxır ki, rəqibi ötmək üçün ümumiyyətlə heç bir məharət və ya istedad tələb olunmur. Daha gec tormozlamağa, xarici trayektoriya ilə ötməyə, risk etməyə ehtiyac yoxdur. Sadəcə düyməni sıxırsan və əgər qarşıdakı boliddən daha çox gücün varsa, onu ötüb keçirsən".
Qeyd edək ki, Böyük Britaniya Qran-prisinin qalibi "Ferrari"dən Şarl Lekler olub.


