"Red Bull"un pilotu Maks Ferstappen Böyük Britaniya Qran-prisindən əvvəl padoka gələn komandanın sabiq rəhbəri Kristian Hornerlə niyə danışmadığına aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, niderlandlı keçmiş rəhbəri ilə hər həftə danışdığını bildirib:
"Bazar günü Hornerlə danışdım? Mən Kristianla demək olar ki, hər həftə ünsiyyətdə oluram. Onun buralarda gəzdiyini yayımda gördüm, amma kiminləsə görüşməyə vaxtım yox idi. Görüləsi çox iş var idi. Nədən danışırıq? Adi şeylərdən. Dostlarla və ya çoxdandan tanıdığınız insanlarla necə danışırsınızsa, elə".


