"Tottenhem" klubu "Nyukasl"dan Sandro Tonalini transfer etdiyini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi italiyalı yarımmüdafiəçi ilə həftəlik 275 min funt-sterlinq maaşla 6 illik müqavilə imzalayıb.
Transfer məbləğinin bonuslarla birlikdə 100 milyon funt-sterlinq təşkil edəcəyi bildirilir.
Tonali Premyer Liqanın ötən mövsümündə 35 matça çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.


