"Nottingem Forest" Oliver Qlasnerin baş məşqçi postuna təyin olunduğunu rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı avstriyalı mütəxəssisin klubla üçillik müqavilə imzaladığı bildirilir.
Qlasner 2025/26 mövsümünün sonunda "Kristal Palas"dan ayrılmışdı. O, London təmsilçisi ilə ötən mövsüm İngiltərə Kubokunu, İngiltərə Superkubokunu və Konfrans Liqasını qazanmağı bacarıb.
"Qlasner həm Avropa Liqasını, həm də Konfrans Liqasını qazanan tarixdəki cəmi üçüncü baş məşqçi kimi "Forest"ə gəlir. Onun Avropa turnirlərindəki uğurları, İngiltərədəki daxili kuboklarla yaRaşı, qalib komandalar yaratmaqdakı təcrübəsini bir daha sübut edir", – deyə "Nottingem Forest"in rəsmi bəyanatında qeyd olunub.
Qeyd edək ki, ötən mövsüm "Nottingem Forest" Premyer Liqa turnir cədvəlini 44 xalla 16-cı pillədə başa vurub.


