İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi ABŞ yığmasının forvardı Florian Baloqunun ətrafında yaşanan diskvalifikasiya qalmaqalına sərt reaksiya verib.
Offsideplus.az xəbər verir ki, DÇ-2026-nın 1/16 finalında qırmızı vərəqə alan Baloqunun 1 oyunluq cəzası 1 illik sınaq müddəti ilə təxirə salınıb və onun 1/8 finalda Belçikaya qarşı oynamasına icazə verilib. Bu qərardan əvvəl isə ABŞ prezidenti Donald Trampın FİFA prezidenti Canni Infantinoya zəng etdiyi məlum olub.
Runi BBC-nin efirində bu qərarı kəskin tənqid edib və Avro-2012 öncəsi öz başına gələn hadisəni xatırladıb:
"O vaxt 3 oyunluq cəza almışdım. Mənə dedilər ki, İsveçrəyə gedib uşaqlarla məşq keçsəm, cəzamı 2 oyuna endirəcəklər. Razılaşdım, amma bunun yanlış olduğunu düşünürdüm. İndiki qərara gəldikdə isə, diskvalifikasiyanı 1 illik təxirə salmaq tam bir rüsvayçılıqdır. Infantino bu qərara görə utanmalıdır. Burada idman prinsipləri tapdalanır. Men ABŞ-ın rəqibi olsaydım, qəzəblənərdim. Təsəvvür edin, İngiltərə və ya Meksika oyunçusu qırmızı vərəqə alır, o, növbəti matçda oynayacağını gözləyə bilər? Bunun sərhədi haradadır?"


