DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı "Asteka" stadionunda keçirilən gərgin oyundan sonra İngiltərə millisinin kapitanı Harri Keyn komandasının qələbə qazanmaq üçün yol tapmasından qürur duyduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Carell Kuansanın kobud oyuna görə qırmızı vərəqə almasından sonra "üç şirlər" matçın üçdə bir hissəsini azlıqda və təzyiq altında keçirməli olublar.

Komanda yoldaşları və ingilis azarkeşlərlə qələbəni qeyd etməkdən səsi batan Keyn oyunu belə şərh edib:

"Dəli bir oyun idi. Sona qədər döyüşməli və nəsə tapmalı idik. Bayaqdan mahnı oxuyuram, danışmağa halım yoxdur. Atmosfer, komanda, hər şey bizə qarşı idi, amma biz qalib gəlməyin yolunu tapdıq".