Növbəti mövsüm I Liqada çıxış edəcək "Karvan-Yevlax" heyətini gücləndirib.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi 25 yaşlı qapıçı Əkbər Vəliyevi transfer edib.
O, daha əvvəl "Səbail" və MOİK-də çıxış edib.
Qeyd edək ki, "Karvan-Yevlax" ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq yenidən I Liqaya qayıdıb.


