"Zirə"nin avrokubok matçının biletləri satışa çıxarılır.

Offsideplus.az xəbər verir ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün biletləri iyulun 7-si saat 12:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10, 20 və 50 manat arasında dəyişir. Azarkeşlər biletləri "Zirə İdman Kompleksi"ndən və "Azfar"ın "Baku Arena" filialından əldə edə bilərlər.

Qeyd edək ki, "Zirə" - "Torpedo" qarşılaşması iyulun 8-i saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.