Azərbaycanlı FIFA referisi Tural Qurbanov avrokuboklarda növbəti matçını idarə edəcək.

Offsideplus.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Deçiç" (Monteneqro) – "Liepaya" (Latviya) qarşılaşmasının baş hakimi olacaq.

Tural Qurbanova meydanda yan xətt hakimləri Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 15-də Tuzi şəhərindəki "Tuşko Polje" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.