Braziliya millisinin ulduzu Vinisius Junior DÇ-2026-nın 1/8 finalında Norveçə məğlub olduqları (1:2) matçda Bruno Gimaraynşın qaçırdığı penalti epizodu və komandadakı statusu ilə bağlı yayılan şayiələrə cavab verib.
Offsideplus.az xəbər verir ki, braziliyalı vinger baş məşqçi Karlo Ançelottinin seçiminə hörmətlə yanaşdığını və şəxsi uğurların arxasınca qaçmadığını vurğulayıb:
"Ançelotti penaltini Brunonun vurmasına qərar verdi. Penaltini kimin vuracağını baş məşqçi öncədən müəyyənləşdirir. O, Brunonu seçdi. Mən heç vaxt eqoist biri olmamışam. Turnirin qol kralı olmağı da heç vaxt istəməmişəm, bu səbəbdən penaltini Bruno vurdu".
Qeyd edək ki, sözügedən matçın 14-cü dəqiqəsində Bruno Gimaraynşın yerinə yetirdiyi penaltini Norveç qapıçısı dəf etmiş, oyunun sonlarında isə turnirlə vidalaşan "selesao"nun yeganə təsəlli qolunu digər penalti zərbəsindən Neymar vurmuşdu.


