"Barselona"nın və Almaniya yığmasının yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Qətərdə davam etdirə bilər.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, onun xidmətində "Əl-Sədd" maraqlıdır.

Qeyd olunub ki, İlkaya 3 illik müqavilə təklif olunub. Bildirilir ki, futbolçu hazırda təklifi nəzərdən keçirir.

Onun "Barselona" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

33 yaşlı oyunçu geridə qalan mövsüm 51 oyunda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.