Bir dönəm Türkiyənin "Hatayspor" klubunda çıxış edən və Super Liqada bombardir olan Aaron Bupendza 28 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, qabonlu futbolçu Çində yaşadığı binanın 11-ci mərtəbəsindən düşərək vəfat edib. O, Çinə bu il transfer olmuşdu.

Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Bupendza 2020/21 mövsümündə "Hatayspor"da çıxış edib. Onunla o dönəmlər "Fənərbağça" və "Qalatasaray" da yaxından maraqlanırdı.