"Aston Villa" və "Tottenhem" klubları "Barselona"nın futbolçusu Ferran Torreslə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubları 25 yaşlı hücumçu 40 milyon avro ödəməyə hazırdır.
Bu barədə "El Nacional" portalı məlumat yayıb.
"Barselona" onu satmağa həvəslidir. Torres bu yay katalon klubunu tərk edə bilər.
O, cari mövsümdə 39 oyunda 16 qol vurmağı bacarıb.