“Sabah” klubunun 13 və 15 yaşlılardan ibarət futbol komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq turnirində iştirak edəcəklər.

Offsideplus.az xəbər verir ki, bu məqsədlə həmyerlilərimiz bu gün qardaş ölkəyə yollanıblar

U-13 qrup mərhələsində İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” kollektivləri ilə qüvvəsini sınayacaq.

U-15-in rəqibləri isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandalarıdır. 

Təqvimə əsasən, "Sabah"ın 13 yaşlıları ilk oyununu “Mançester Siti”yə qarşı keçirəcəklər. U-15 isə birinci turda “Rayo Valyekano”nu sınağa çəkəcək.

Matçlar sabah səhər saatlarında baş tutacaq.

sabah-1 

sabah-2