Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ səfərdə “Aston Villa” üzərində ümumi 5-4 hesabı ilə qalib gələrək yarımfinala yüksəldi.
Offsideplus.az xəbər verir ki, Parisdəki ilk oyunu 3:1 hesabı ilə qazanan PSJ, cavab matçında erkən vurulan iki qolla üstünlüyünü daha da artırdı. Lakin “Aston Villa” təslim olmadı – Tielemans, MakGinn və Konsanın qolları ingilisləri sensasiyaya bir addım yaxınlaşdırdı.
Matçın əsas qəhrəmanı şübhəsiz ki, PSJ-nin qapıçısı Canluici Donnarumma idi. O, bir neçə inanılmaz qurtarışla komandasını oyunda saxladı. Buna baxmayaraq, UEFA tərəfindən “matçın ən yaxşı oyunçusu” mükafatı Usman Dembeleyə təqdim olundu. Lakin fransalı ulduz bu qərarla razılaşmadı.
Dembele mükafatı alarkən üzündə narazı ifadə ilə kameralara poza verdi. Az sonra onu geri qoyaraq birbaşa tunelə yollandı. Bu hərəkəti sosial şəbəkələrdə böyük maraqla qarşılandı və bir çox azarkeş tərəfindən təqdir edildi.