Antuan Qrizmann karyerasını "Atletiko"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu Madrid klubuyla 2 illik yeni müqavilə imzalayacaq. O, məvacibinin azaldılmağına da razı olub.

Bu barədə "Relevo" portalı məlumat yayıb.

Qrizman "Atletiko"da ümumilikdə 433 oyuna çıxıb. Onun növbəti qolu Madrid klubunun heyətində sayca 200-cü olacaq.