Ueyn Runi yenidən baş məşqçiliyə qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı mütəxəssis növbəti mövsüm "Blekbörn"ü çalışdırmağa əsas namizəddir.
Bu barədə "talkSPORT" portalı məlumat yayıb.
"Blekbörn"ü hazırda Valeryen İsmael çalışdırır. Onlar Çempionşipdə 56 xalla 10-cu yerdədir. Komandanın Premyer Liqaya yüksəlmək şansı çox azdır.
İsmaellə yollar ayrılsa, onu Runi əvəz edəcək