“Şamaxı” klubunun fotoqrafı aprelin 12-də Misli Premyer Liqasının XXX turunda "Sumqayıt”la səfər matçında zonalar üzrə qaydanı pozub.

Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsi bu səbəbdən meydan sahiblərini - “Sumqayıt”ı 500 manat cərimələyib.

XXX turun digər matçında “Kəpəz”in azarkeşləri əsəblərini cilovlaya bilməyiblər. Fanatlar “Araz-Naxçıvan”la qarşılaşmada hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” 500 manat cəriməyə məruz qalıb. 

Daha bir neqativ hal isə “Səbail” - “Qarabağ” görüşündə yaşanıb. Matçın final fitindən sonra meydançaya kənar şəxslər daxil olduğundan “Səbail” AFFA-nın büdcəsinə 800 manat köçürməlidir.