Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində baş tutan görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Xatırladaq ki, 3 gün öncə U-17 Moldovaya 0:1 hesabı ilə uduzmuşdu. Həmyerlilərimiz turnirdə 3-cü, sonuncu oyunu aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcəklər.
U-17-nin Gürcüstanla oyunda start heyəti: 12. Nurəziz Əzizov, 4. Rəşad Gülüşov (k), 15. Uğur Qurbanlı, 20. Kamil Həsənov, 2. İsmayıl Səfərli, 19. Amin Rzayev, 17. Allahverdi Şirinov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 11. Pünhan Kərimov.