"Bavariya" yayda heyətini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Münhen klubunun hədəfində "Real"ın futbolçusu Eduardo Kamavinqa var. Onlar fransalı futbolçu üçün 100 milyon avro xərcləməyə hazırdır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Kamavinqa 2022-ci ilin yayında "Real"a transfer olub. "Kral klubu" onun üçün "Renn"ə 31 milyon avro ödəyib.

Onun klubla 2029-cu ilə qədər müqaviləsi var.