"Milan" yayda Temmi Abrahamı birdəfəlik transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "rossonyeri" icarə əsasında heyətində olan ingiltərəli hücumçunun çıxışından razıdır.

Bu barədə "Correire dello Sport" məlumat yayıb.

Abraham ötən ilin yayında "Milan"a keçib. O, cari mövsüm 41 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xatırladaq ki, o, müqavilə ilə "Roma"ya məxsusdur.