Bakının "Neftçi" klubu azarkeşlərin hərəkətlərinə görə cərimələnib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın fanatları aprelin 13-də Misli Premyer Liqasının XXX turunda “Zirə”nin futbolçuna qarşı irqi mənsubiyyətə görə təhqiramiz səslər çıxarıblar.
Fakt AFFA nümayəndəsinin diqqətindən yayınmayıb. Qurumun İntizam Komitəsi "Neftçi”yə 2000 manat cərimə kəsib.
Flaqman komandada 4 oyunçunun sarı vərəqə almasına görə daha 700 manat cərimə ödəməli olacaq.