Azərbaycanın uşaq futbolundakı problemlər səngimək bilmir. 

Offsideplus.az xəbər verir ki, uşaq futbolçulardan ibarət daha 3 komanda Azərbaycan çempionatında çıxışını dayandırıb.

Bu, həmin kollektivlərin müxtəlif səbəblərə görə oyunlarda iştirak etməməsi ucbatından baş verib.

Belə ki, U-13 Liqasında "Troya"nın "Qarabağ"la görüş zamanı heyətində yetərsay olmayıb.

U-11 Liqasında Ağcabədinin "Olimpiya" komandası "Ramal"la (Tərtər) səfər qarşılaşmasına getməyib. 

10 yaşlıların çempionatında isə "Azart" kollektivi təyin edilən vaxtda "Sahil FA"nı qəbul etməyib.

"Troya", "Olimpiya" və "Azart"a AFFA-nın İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilib. Belə neqativ hallar 3-cü dəfə təkrarlandığına görə, hər 3 komanda Liqalardan kənarlaşdırılb.