“Nasyonal”ı tərk edəcəyi gözlənilən Luis Suaresin yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu ilin sonunda vətənindən ayrılacaq.
35 yaşlı forvard “Los Anceles Qalaksi”yə keçəcək. Suares ABŞ klubuna DÇ-2022-nin final mərhələsi sona çatandan sonra qoşulacaq.