"Portu" klubu 17 yaşlı futbolçusu Rodriqo Mora ilə müqavilə uzadacaq.
Offsideplus.az xəbər verir ki, gənc vinger ilə 2030-cu ilin yayına kimi sözləşmə imzalanacaq. "Əjdahalar" onun kontraktına 100 milyon avroluq sərbəstqalma bəndi də qoyduracaq.
Mora cari mövsümdən "Portu"nun əsas komandasında çıxış edir. O, 32 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.