Ukrayna millisinin sabiq futbolçusu Andrey Şevçenko Rusiyanın ölkəsinə hücumu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı sabiq hücumçu İtaliyanın DAZN kanalına bu haqda açıqlama verib. O, digər ölkələrdən kömək istədiyini bildirib:
"Yardıma çox ehtiyacımız var. Ukraynada qida və tibbi avadanlıqlar bitmək üzrədir. Hazırda çox şey istəyirik. Əlimizdən gələni edib, bu müharibəni dayandırmalıyıq. Ukrayna cəhənnəmdən keçir, xahiş edirəm, bizə kömək edin".