İngiltərə "Bornmut" klubunun baş məşqçisi Andoni İraola növbəti mövsümdən "Tottenhem"i çalışdıra bilərdi.
Offsideplus.az xəbər verir ki, lakin ispaniyalı mütəxəssis bu təklifi geri çevirib. O, hazırki klubunda xoşbəxt olduğunu bildirib.
Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
İraola iki mövsümdür "Bornmut"da çalışır. Onun komanda hazırda avrokuboklara getmək uğrunda mübarizə aparır.