Azərbaycan Basketbol Liqasında bu gün pley-in mərhələsinin həlledici oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, “Sumqayıt” komandası doğma azarkeşləri önündə “Sərhədçi” ilə üz-üzə gəlib. İlk oyunda “Sərhədçi” qalib gəlsə də, cavab görüşündə “Sumqayıt” üstün olub və seriyanı bərabərləşdirib – 1:1. Bu qarşılaşmadan isə "Sərhədçi" qalib ayrılıb.
Paralel olaraq “Abşeron” və NTD komandaları həlledici üçüncü oyun keçirib. Birinci matçda “Abşeron”un üstün olmasına baxmayaraq, ikinci qarşılaşmada NTD qələbə ilə cavab verib. "Abşeron"un üstünlüyü ilə başa çatan oyunda NTD ABL-də mübarizəni dayandırıb.
Beləliklə, "Abşeron" və "Sərhədçi" 1/4 finala yüksəlib.
16 aprel, pley-in, 3-cü oyunlar
19:00 "Sumqayıt" - "Sərhədçi" 94:96 (16:20; 27:20; 25:32; 26:24)
Sumqayıt OİK
19:00 "Abşeron" - NTD 81:74 (19:19; 19:15; 22:21; 21:19)
Abşeron OİK