Futbol üzrə Azərbaycan milli komandasının Macarıstana qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün başlanma vaxtı açıqlanıb.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv macarlarla oyuna iyunun 10-da saat 20:00-da çıxacaq.
Qarşılaşma Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da təşkil olunacaq.
Xatırladaq ki, bundan 3 gün öncə yığmamız səfərdə Litva ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq.