İtaliyalı futbolçu Jorjinyo “Arsenal” klubundan ayrılır.

Offsideplus.az xəbər verir ki, məşhur insayder jurnalist Fabrizio Romanonun məlumatına görə, təcrübəli yarımmüdafiəçi yayda azad agent statusu ilə London klubunu tərk edəcək.

33 yaşlı dayaq yarımmüdafiəçisi “Topçular”a 2023-cü ildə qoşulmuşdu. Bu müddət ərzində o, komandanın heyətində 78 oyuna çıxıb, 2 qola imza atıb. Lakin Jorjinyo “Arsenal”la heç bir kubok qazana bilməyib.

Onun karyerasını hansı klubda davam etdirəcəyi hələlik bilinmir.