Qadınlardan ibarət "DH Volley" komandası Yüksək Liqada "Azerrail"i məğlub edib.

Offsideplus.az xəbər verir ki, kollektiv bu dəfə XI turda "Azerrail" ilə üz-üzə gəlib.

AVF-nin idman zalında baş tutan qarşılaşma "DH Volley"in 3:0 (25:13, 27:25, 25:15) hesablı qalibiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, "DH Volley" son turda "Abşeron"u məğlubiyyətə uğratmışdı.