Misli Premyer Liqasının XXIV turunda Qərb derbisi baş tutub.
Offsideplus.az xəbər verir ki, "Kəpəz" Yevlaxda "Turan Tovuz"u qəbul edib.
Gəncə klubu cari mövsüm ilk dəfə əzəli rəqibindən xal almağı bacarıb - 1:1.
Onlar əvvəlki 4 oyunun hamısında məğlub olmuşdu.
Tovuz təmsilçisi 45 xalla 3-cü yerdədir. "Kəpəz" isə 18 xalla 10-cu yerin sahibidir.
MPL, XXIV tur
15 mart (bazar)
15:00 "Kəpəz” – “Turan Tovuz” 1:1
Qollar: Rəhman Hacıyev, 55 - Jo Batista, 61.
“Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Baş məşqçi: Azər Bağırov
“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu


