Formula 1-də mövsümün ikinci yarışı başa çatıb.

Offsideplus.az xəbər verir ki, Çində baş tutan yarışda qələbə Kimi Antonellinin olub.

O, yarışın əvvəlindən sonuna qədər demək olar, birinciliyi əldən verməyib. Bu, 19 yaşlı pilotun karyerasında ilk qalibyyət kimi tarixə düşüb.

İkinci yeri onun "Mersedes"dən komanda yoldaşı Corc Rassell tutub.

Podiumu isə "Ferrari"dən Lyuis Hemilton tamamlayıb. Bu nəticə Hemilton üçün də əlamətdar olub. O, "Ferrari'də ilk podiumunu qazanıb.

Digər xal qazanan pilotlar isə bunlardır:

4. Şarl Lekler ("Ferrari") - 12 xal.

5. Oliver Bermən ("Haas") - 10 xal.

6. Pyer Qazli ("Alpin") - 8 xal.

7. Liam Louson ("Reysinq Bullz") - 6 xal.

8. İsak Hacar ("Red Bull") - 4 xal.

9. Karlos Saynz ("Uilyams") - 2 xal.

10. Franko Kolapinto (("Alpin") - 1 xal.