Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Kader Meite transferində razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, klub futbolçunun çıxış etdiyi “Renn” klubu və oyunçunun özü ilə bütün şərtlər üzrə anlaşma əldə edib.
Məlumata görə, transferin satış dəyəri 30 milyon avro ətrafındadır. Razılaşmanın yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.


