Azərbaycan Basketbol Liqasında (ABL) XV tura start verilib.

Offsideplus.az xəbər verir ki, açılış oyununda "Ordu" "Lənkəran"ın qonağı olub.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan matçda "Ordu" rəqibinə 40 xal fərq ataraq qələbə qazanıb - 103:63.

"Ordu" 29 xalla B qrupunda liderdir. Bölgə təmsilçisi 19 xalla 6 komanda arasında sonuncudur.

XV tura fevralın 1-də yekun vurulacaq.