Sabiq Formula 1 pilotu Xuan Pablo Montoya "Mersedes"in sürücüsü Andrea Kimi Antonellinin çempionluq mübarizəsindəki perspektivləri haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, o, gənc pilotun bunu bacarmayacağını düşünür:

“Antonellinin dünya çempionu olacağını düşünmürəm. Çempionata liderlik etdiyini anladığı an təzyiq ona qalib gələ bilər. Çünki o, çox gəncdir və heç vaxt belə bir vəziyyətlə qarşılaşmayıb.

Ovçu olmaq, ov olmaqdan qat-qat asandır. Əgər rəqiblərin sənə çatmağa və səni qabaqlamağa başlasalar, soyuqqanlılığını itirib müxtəlif səhvlərə yol verə bilərsən”, – deyə kolumbiyalı bildirib.