İrji Prohazka Aleks Pereyraya qarşı aldığı iki məğlubiyyətdən böyük dərs çıxardığını bildirib.
Offsideplus.az xəbər verir ki, çexiyalı döyüşçü bu barədə bunları söyləyib:
“Həmin an bunun fərqinə varmırdım, çünki kifayət qədər təcrübəli deyildim. Titula sadəcə əldə edə biləcəyim bir hədəf kimi baxırdım. Bu, həyatımdakı ən böyük dərslərdən biri oldu. Pereyra ilə döyüşlər mənə öyrətdi ki, heç nə asanlıqla qazanılmır”, – deyə Prohazka qeyd edib.
O, 2023 və 2024-cü illərdə Pereyraya məğlub olub.
Əlavə edək ki, Prohazka bu həftəsonu Karlos Ulberqlə yarımağır çəkidə vakant kəmər uğrunda döyüşəcək.
Döyüş aprelin 11-dən 12-nə keçən gecə Mayamidə keçiriləcək UFC 327 tədbirinin əsas qarşılaşması olacaq.


