Dramatik şəkildə keçən və "İnter Mayami"nin 6:4 hesablı qələbəsi ilə başa çatan "Filadelfiya" matçının 73-cü dəqiqəsində meydanı zədə səbəbindən vaxtından əvvəl tərk edən Lionel Messinin son durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatına cəmi iki həftə qalmış ulduz futbolçunun zədəsi ilə bağlı ilkin xəbərlərin o qədər də qorxulu olmadığını bildirib:
"Təbii ki, heç nəyin baş verməməsini üstün tutardıq. İndi onun vəziyyətinin necə dəyişəcəyini və ilkin diaqnozu təsdiqləmək üçün keçiriləcək yeni müayinələrin nəticələrini gözləməliyik".
Qeyd edək ki, "İnter Mayami" 38 yaşlı kapitanına sol ayağının ardındakı əzələ yorğunluğu diaqnozu qoyub. Gələn həftə heyəti açıqlayacaq Skaloni, Messinin zədəni hiss edən kimi dərhal meydandan çıxmaq istəməsinin böyük bir riskin qarşısını aldığını və buna görə rahat nəfəs aldığını sözlərinə əlavə edib.


