"Real Madrid"dən ayrılan David Alaba karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı təcrübəli müdafiəçi Super Liqa nəhəngi "Qalatasaray"a önərilib.
Mətbuatda yer alan iddialara görə, avstriyalı futbolçunun menecerləri "sarı-qırmızılılar"la əlaqə saxlayaraq onun xidmətini təklif ediblər.
Qeyd edək ki, karyerası ərzində uzun illər "Bayern Münhen"in uğurları üçün tər tökən və bir çox titullara imza atan Alaba, daha sonra "Real Madrid"ə keçmişdi. O, 4 dəfə Çempionlar Liqasının qalibi olub.


