"Neftçi" ilk transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" "Şamaxı"dan ayrılan Rüfət Abbasovu heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Neftçi" yetirməsi olan Rüfət 2024-cü ildə komandadan ayrılmışdı.

O, son iki mövsümdə "Şamaxı"nın heyətində 74 oyunda 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

"Flaqman" onun keçidi bu video ilə duyurub: