"Kəpəz" heyətini qorumaq istiqamətində növbəti addımını atıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi komandanın aparıcı üzvlərindən olan Rəhman Hacıyevlə yeni müqavilə imzalayıb.
bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərb klubu onunla "1+1" illik yeni sözləşməyə imza atıb. Cari ilin yanvar ayında "sarı-göylər"ə qoşulan Hacıyev, geridə qalan mövsümdə meydana çıxdığı 16 matçda 2 qolla yadda qalıb.
Qeyd edək ki, "Kəpəz" rəhbərliyi bundan əvvəl digər legioneri Dioqo Verdaska ilə də müqavilə müddətini uzatmışdı.


