Danimarka millisinin və Şotlandiya "Seltik"inin təcrübəli qapıçısı Kasper Şmeyxel peşəkar futbolçu karyerasını bitirdiyini elan edib. 39 yaşlı qolkiper bu qərarı çiynindən aldığı ciddi zədə səbəbindən qəbul edib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı qolkiper bu qərarı çiynindən aldığı ciddi zədə səbəbindən qəbul edib.

Tibbi mütəxəssislərin məsləhəti ilə bu addımı atan Şmeyxel, iyun ayında Qlazqo təmsilçisi ilə müqaviləsi bitdikdən sonra aktiv karyerasını rəsmən yekunlaşdıracaq.

Karyerası ərzində "Mançester Siti", "Nitsa" və "Anderlext" kimi klublarda oynayan qolkiper, ən böyük uğurlarını 11 il çıxış etdiyi "Lester"də qazanıb. O, 2015/16 mövsümündə bu komanda ilə Premyer Liqa çempionu olub, həmçinin İngiltərə Kubokunu qazanıb.

Danimarka yığmasında 120 oyuna çıxan veteran oyunçu, "Mançester Yunayted"in əfsanəvi qapıçısı Peter Şmeyxelin oğludur